Qazaxıstan Sərhəd Xidməti Akademiyasının rəisi öldürüldü

197

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Akademiyasının rəisi binaya hücum zamanı öldürülüb.

Sosialmedia.az xəbər veruir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları binanı ələ keçirməyə çalışıblar, bu zaman kursantlarla onlar arasında döyüşlər baş verib. Döyüşlərə akademiyanın rəisi başçılıq edib.

Sosial şəbəkələrdə yayılan videonun isə Sərhəd Xidməti Akademiyasına radikalların hücumu zamanı çəkildiyi ehtimal olunur. Burada kursantlarda silahın olmadığı görünür.