Qazaxıstanda bütün regional mərkəzlər azad edildi

212

Qazaxıstan hüquq-mühafizə orqanları ölkə ərazisində sutka ərzində fəaliyyət göstərən 70 blokpost qurub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan DİN məlumat yayıb.

“Ölkə ərazisində fövqəladə vəziyyətlə bağlı tədbirlər görülür. Bütün akimatlar (regional administrasiyalar) azad edilib və müfahizəsi gücləndirilib”, – məlumatda qeyd edilib.

“Xəbər24” isə Nur-Sultan ətrafında 6 blokpost qurulduğunu yazıb.