Sumqayıtda xəstəxana binası yanır

265

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Sosialmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb.

Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir.