Tikinti şirkəti “Azərsu”yu məhkəməyə verib

162

Tikinti şirkəti olan “Akelik Group” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Sosialmedia.az bildirir ki, işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

“Akelik Group” MMC “Azərsu” ASC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, o cümlədən podrat müqaviləsi üzrə mübahisələrlə bağlı tələb irəli sürüb.

İddiaya baxılmaq üzrə məhkəməyə hakim Fərrux Qasımov sədrlik edəcək.