“Qızıl qlobus” mükafatlandırma mərasimi keçirildi

147

ABŞ-da “Qızıl qlobus” mükafatlandırma mərasimi keçirilib. Mərasimdə “Varislər” ən yaxşı dram serialı nominasiyasında “Qızıl qlobus” qazanıb.

Sosialmedia.az xəbər verir ki, kinorejissor Ceyn Kempion “İtin hökmranlığı” filminə görə “Qızıl qlobus”a layiq görülüb.

“İtin hökmranlığı” ən yaxşı dramatik film nominasiyasında, “Qərb tərəfin hekayəsi” filmi isə ən yaxşı musiqili komediya nominasiyasında “Qızıl qlobus” mükafatı əldə edib. Hollivud aktrisası Nikol Kidman dramda ən yaxşı qadın oyunçu nominasiyasında, Uill Smit isə ən yaxşı kişi oyunçusu kimi “Qızıl qlobus” qazanıb.

Billi Ayliş də Ceyms Bondun son filmi “Ölməyə vaxt yoxdur” üçün hazırladığı eyniadlı bəstəsi ilə “Qızıl qlobus” qazananlar sırasında olub.