ATƏT-dən Bakı və İrəvana çağırış

110

ATƏT Bakı və İrəvanı güc tətbiq etməkdən çəkinməyə və dialoqa başlamağa çağırır.

Sosialmedia.az xəbər verir ki, bunu Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və problemin həlli üçün dialoqa başlamağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, – Kempinski bildirib.