Bakıda bu yol bağlandı

126

Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Həmin küçədə yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq. Bu çərçivədə küçədə yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.

Sürücülərə Ağa Nemətulla, Aşıq Molla Cümə, İzzəddin Həsənoğlu və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.