Qazaxıstana təyyarə reysləri tam bərpa olundu

104

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib.

“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Eyr Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, – komitədən bildirilib.

Bundan başqa, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.

Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.