ASCO gəmilərə xəbərdarlıq etdi

77

Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a ASCO-dan məlumat verilib.

Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.