Azərbaycanda onların dişləri qırılır – Markov

91

Qarabağ konflikti uzun illər donduruldu. Bu illər ərzində amerikalılar Cənubi Qafqazda iki inqilab reallaşdırdılar: biri Gürcüstanda, digəri Ermənistanda. Azərbaycanda isə onların dişləri qırılır… Azərbaycan varlı ölkədir, özünün neft və qazı var.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov paylaşıb.

“Bununla bərabər, hesab edirəm ki, Azərbaycan bu gün bir çox səbəbdən postsovet məkanındakı ən güclü ölkələrdən biridir. Azərbaycanda stabillik əhəmiyyətli dərəcədə təmin edilib; Azərbaycanda Qazaxıstana zərbə vuran klanlararası mübarizə yoxdur; Azərbaycan kifayət qədər pulu olan dünyəvi ölkədir. Və Azərbaycan – son illərdə böyük uğur qazanan yeganə ölkədir.

Vacib faktor – Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbədən sonra milli qəhrəmana çevrilən Prezident İlham Əliyevə böyük xalq dəstəyidir”, – o qeyd edib.