Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başladı

85

Ermənistan və Türkiyə nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gediblər.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinə Ankaranın ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistan nümayəndə heyətinə isə parlament spikerinin müavini Ruben Rubinyan rəhbərlik edir.