Vətəndaşlardan qanunsuz saxlanılan 10 silah götürüldü

157

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 10 silah götürülüb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.