İki uşaq anası dəm qazından zəhərlənərək öldü

228

Ağsu rayonunda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Elnaz Əhmədzadə hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun iki azyaşlı uşağı qalıb.

Faktla bağlı araşdırma aparılır.