Sumqayıtda “Sərhədsiz İncəsənət” adlı sağlamlıq imkanları məhdud gənclər üçün satış-sərgi təşkil olunacaq

1883

02 fevral “Gənclər Günü” münasibəti ilə Sumqayıtda “Sərhədsiz İncəsənət” adlı sağlamlıq imkanları məhdud gənclər üçün satış-sərgi təşkil olunacaq. Bu barədə Sosialmedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib.

O, qeyd edir ki, Sərgi Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt Dövlər Rəsm Qalereyasının təşkilatşılığı, İLEG English School Tədris Mərkəzi, SN-TELEKOM-un mühasibat şöbəsi və Sumqayıt Perinatal Mərkəzinin TTY şöbəsinin dəstəyi ilə təşkil olunacaq.

“Sərhədsiz İncəsənət” adlı satış-sərgi 29 yanvar saat 12:00 da Sumqayıt Rəsm Qalereyasında keçiriləcək.