Bakı məsələni güc yolu ilə həll edə bilər… – Tasits

184

Çətin ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə olsun. Biz hazırda görürük ki, tərəflər mövcud problemləri siyasi və diplomatik üsullarla həll etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun analitiki, Cənubi Qafqaz üzrə mütəxəssis Konstantin Tasits deyib.

“Həm İrəvan, həm də Bakı kommunikasiyaların açılması, sərhədin demarkasiyası və delimitasiyasının tərəfdarıdır. Ayrı-ayrı ziddiyyətlər yalnız müəyyən aspektlərə aiddir. Məsələn, sülh müqaviləsinin icrasında İrəvan tərəfinin müəmmalı mövqeyi. Çünki tərəflərin hər biri maksimum fayda əldə etməyə çalışır. Amma bütün bu fikir ayrılıqlarını qarşılıqlı kompromis yolu ilə həll etmək olar. Lakin istisna etmək olmaz ki, Ermənistanla Azərbaycan arasında danışıqlar çıxılmaz vəziyyətə gəlib çatarsa, o zaman güc elementlərinin tətbiqi də daxil olmaqla, qarşıdurma ehtimalı xeyli artacaq”, – mütəxəssis bildirib.