“Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi yeni layihənin icrasına başladı

3953

“Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayır.

Bu barədə Sosialmedia.az-a ƏSMİD ictimai birliyin mətbuat xidmətindən bildirilib.Layihənin əsas məqsədi regionlarda yaşayan yeniyetmə və gənclər arasında Xocalı soyqırımı barədə maarifləndirici tədbirlərin keçirilməsi və Xocalı soyqırımı ilə bağlı “Xocalı Günü” adlı əlilliyi olan yaradıcı gənclərin əl işlərindən ibarət sərgisini təşkil etməkdir.

Layihə 4 ay davam edəcək.