Sürücülər məmurların adlarını TIR-a yazıb, yolu bağladılar

269

Gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

Sosialmedia.az Unikal.org-a istinadən xəbər verir ki, sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.

Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Qeyd edək ki, bu səbəbdən səhər saatlarında Heydər Əliyev prospektində böyük tıxac yaranıb.