Xocavənddə silah-sursat aşkarlandı

268

Xocavənddə silah-sursat aşkarlanıb.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib. Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.