Xızı rayonunda Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir təşkil olunacaq

3961

Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsnin icrasına başlayıb.

Layihə üzrə ilk təlim Sumqayıt şəhərində, ikinci tədbir isə 02 mart 2022- ci il saat 12:00-da Xızı rayonunda yerləşən Heydər Əliyev Mərkızində keçiriləcək.
Bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə Xızı rayonunda keçiriləcək tədbirə 50 nəfər yeniyetmə və gənc dəvət olunub. Layihənin 4 ay müddətində Sumqayıt şəhəri və ətraf rayonlarda keçirilməsi planlaşdırılır.