AVP Qadınlar Şurası Sumqayıt şəhərində “Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir təşkil etdi

1325

Ana Vətən Partiyasının Qadınlar Şurası Sumqayıt Şəhərində əlillər və sosial həssas qrupa aid Xanımların iştrakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil etdi.

Sosialmedia.az xəbər verir ki, tədbirdə AVP-nin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlarla yanaşı, fiziki məhdudiyyətli yaradıcı xanımlar da iştirak etdilər. İlk öncə əlillər və sosial həssas qrupa aid xanımların əl işlərinə baxış keçirildi, satışa dəstək göstərildi. Daha sonra AVP – nin Qadınlar Şurasının sədri Günay Ağamalı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdi. O, xanımlara AVP sədri, millət vəkili Fəzail Ağamalının təbriklərini çatdırdı. Qadın bəşəriyyətin anası və ilk tərbiyəçisidir. Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olublar.“Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün biz qadınların yanında Mehriban xanımımız var.

Müasir dövrümüzdə xanımlarımız ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu bizi uğurumuzdur. Bu gün təşkil olunana kiçik sərgidə də gözəl əl əməyi, göz nuru ilə işlənilən əl işlərini gördükcə çox sevinirəm. Çünki bu işləri görən insanların fiziki məhdudiyyətləri olsa da, onlar cəmiyyətə özlərini təqdim etməyi bacarıblar. Onların həyat eşqi, həyatla mübarizəsi bu gün biz insalara bir örnəkdir deyə vurğuladı.

Sonra AVP Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova, Millət Vəkili Fəzail Ağamalının köməkçisi Xidmət Orucov xanımları təbrik etdilər.

Sonda tədbirdə iştirak edən xanımlara hədiyyələr təqdim olundu.