Narkotik çəkib avtoşluq edən şəxs həbs olundu

249

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini Elvin Quliyev idarə etdiyi “Şevrolet” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Yol Patrul Xidmətinin əməkdaşları dərhal sürücünü saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.