Vərəməleyhinə mübarizə tədbirləri davam etdirilir

238

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsətəyi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (COVID-19 və digər kəskin respirator infeksiyalar, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar)” layihəsinin icrasını davam etdirir.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən məlumat verilib. İcra planına əsasən maarifləndirmə sessiyaları 4 saylı, 7 saylı vərəməleyhinə dispanserlərdə, 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanasında və Sumqayıt vərəm xəsətəxanasında baş tutmuşdur.

Maarifləndirmə işi zamanı birdəqiqəlik yoluxmadan qorunma və xəsətəliklərin profilaktikası mövzusunda ərsəyə gətirilmiş animasiya filmi nümayiş etdirilmiş, eyni mövzuda maarifləndirici vəsaitlər pasientlərə plakatlar isə xəstəxana və dispanserlərin baş həkimlərinə paylanmışdır. Maarifləndirici söhbətlər zamanı pasientlər eyni zamanda da həkimlər ilə görüşlər zamanı qeyd olunmuş fikirlər, iş prosesi zamanı təklif edilən məqamlar layihənin sonunda müvafiq hesabata daxil ediləcəkdir.