İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirildi

996

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, saat 12:00-da mərkəzdə mərhumla vida mərasimi başlayacaq.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.