Rüstəm İbrahimbəyov dəfn edildi

992

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

Sosialmedia.az xəbər verir ki, o, qardaşı, mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.