Sumqayıtda gender zorakılığı və uşaqlara qarşı zorakılığların qarşısının alınması istiqamətində yaradılan monitorinq qrupunun iclası keçirildi

855

Sosialmedia.az xəbər verir ki, Sumqayıt şəhər icra hakimyyəti yanında Himayəçilik və Qəyyumluq Komissiyası tərkibində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılığların qarşısının alınması istiqamətində yaradılan monitorinq qrupunun növbəti iclası keçirildi.

İclası icra hakimyyətinin müavini,ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova açaraq il ərzində monitorinq qrupuna müraciət edənlər barədə məlumat verdi.

O,qeyd etdi ki, monitorinq qrupuna daxil olan müraciətlərə diqqətlə yanaşılır və müsbət həlli istiqamətində işlər aparılır. Bunun üçün də Sumqayıt şəhərində Qadın Resurs Mərkəzi fəaliyyət göstərir.

Sonra Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə yardım İB sədri Zenfira Mustafayeva,Qadın Resurs Mərkəzinin direktoru Günel Ələkbərova,təhsil şöbəsinin metod kabinetinin müdiri Gülbahar Haqverdiyeva,Səhiyyə Tibb Mərkəzinin baş pediatrı Aynur Həsənova və digərləri mövzu ətrafında çıxış etdilər.