Minalara görə Azərbaycan ən çirklənmiş ölkədir

138

Azərbaycan minalara, partlamamış hərbi sursatlara və partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir:

“ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir”.

Vüqar Süleymanov əlavə edib ki, konfransa dünyanın 34 ölkəsindən 150 nəfərə yaxın iştirakçı qatılıb.