Əsgərin döyülməsi ilə bağlı araşdırmalara başlandı

204

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat yayıb.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır:

“Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”, – F.Əliyev bildirib.