Sumqayıt məktəblərində Zəfər tarixi ilə bağlı Rəsm və İnşa müsabiqələri davam edir

334

“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt orta məktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi çərçivəsində Rəsm və İnşa müsabiqələrinin 2-ci tədbirini Sumqayıt 33 №-li tam orta məktəbdə keçirilib.

Bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhəbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, 09 aprel 2022-ci il tarixində ilk müsabiqə keçirilib və artıq ikinci müsabiqə bu gün 33 saylı orta məktəbdə təşkil olunur. Bu məktəbin məzunları Əhmədov Abdulla Hacı Əhməd oğlu,Cəfərov Cavid Fərhad oğlu və Nuriyev Saleh Səxavət oğlu II Vətən müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmışlar.Zəfər tarixi ilə bağlı ibtidai siniflər arasında“Qarabağ Azərbaycandır!”devizi altında Rəsm müsabiqəsində 25 şagird iştirak etdi.Müsabiqə zamanı hər bir şagirdin böyük coşqu ilə rəsm çəkdiyinin şahidi olduq. Bu deviz altında İnşa müsabiqəsində 5-9-cu siniflərdən 25şagirdn iştirak etdi.Hər iki müsabiqədən 10 rəsm ,10 inşa yazısı seçiləcək deyə bildirib.