Füzulidə silah-sursat aşkarlandı

189

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, 30 müxtəlif növ əl qumbaraları, 67 müxtəlif çaplı mərmilər, 7500 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.