Eyvazov rəisi təqaüdə göndərdi

249

Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Onun yerinə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.