Yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil oldu – TƏBİB

112

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:

“Həyatları üçün heç bir təhlükə yoxdur. Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”.