Pensiya yaşını kişilər üçün 60, qadınlar üçün 50 edək – Deputat

202

Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür.

Sosialmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə yaş həddi o qədər də yuxarı deyil:

“İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar”.