Ağdamda hərbi sursat partladı: ölən var

110

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialmedia.az bildirir ki, Ağdam rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.