Gürcüstanın buğda ehtiyatları tükəndi

521

Gürcüstanda buğda ehtiyatları faktiki olaraq tükənib.

Sosialmedia.az xəbər verir ki, bunu Gürcüstanın taxıl və un istehsalçıları assosiasiyasının rəhbəri Levan Silaqava deyib.

“Bir neçə aydır ki, ölkəyə kütləvi şəkildə un idxal olunur. Bu gün iş o yerə çatıb ki, buğda ehtiyatımız tükənib və bir neçə günə dəyirmanlar dayanacaq”, – Silaqava bildirib.

Qeyd edək ki, Gürcüstanın illik buğda istehlakı 650 min ton təşkil edir. Bunun da cəmi 15 faizini ölkə özü istehsal edir.