İnkluziv iqtisadi modelin inkişafı: əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı layihənin yekun tədbiri keçirildi

128

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı layihənin yekun tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala bölgələrdə tədbirlər uğurla kecirilmiş və son olaraq Abşeron rayonunda yekun tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Q.Qasımov qeyd etdi ki, layihə 01 iyun 2022-ci il tarixinədək davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi və qeyd etdiki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «İstedadlı Əlillər» İctimai Birliyi tərəfindən həyata keçirilən “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” layihəsi üzrə tövsiyələr Paketi hazlanıb və müvafiq tövsiyələr aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir.

R. Həsənov həmçinin, hazırlanan tövsiyələr haqqında tədbir iştrakcılarına məruzə etdi.
Məşğulluq Agentliyinin Abşeron-Xızı Filalının Müdir müavini Nicat Əlibəyli əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının hüquqi əsasları haqqında geniş və ətraflı məlumat verdikdən sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq Qanun cərcivəsində Abşeron rayonunda yaşıyan əlillərin problemlərinin həlli yolunda Məşğulluq idarəsi olaraq əlimizdən gələni edəcəyini vurğuladı..

Daha sonra Abşeron KOB Dostu Ehtibar Əliyev cıxış edərək layihənin vacibliyi və aktuallığını vurğuladı. Ehtibar müəllim qeyd etdiki KOBİA hər zaman Kicik və Orta Biznesə marağı olan hər bir vətəndaşın yanında olub və Sahibkar olması ücün təmənnasız xidmətlər görsədib. Ehtibar müəllim cıxışında xüsusi ilə vurğuladı ki, KOBİA əliliyi olan şəxslərin məşğulluğunun gücləndirilməsi, bu məqsədlə onların KOB təlimlərinə cəlb edilməsi, sahibkarlıq bacarıqlarının inkişafında təmənnsız xidmətlərin göstərilməsi, istesal etdikləri məsulların ölkəmizdə təşkil edilən sərgilərdə nümayiş etdirilməsi və satışında maraqlıdır.
Dövlət Məşğulluq Agentliyinin numayəndəs Elmar Quliyev cıxış edərək Agentliyin faliyyəti və qarşda görüləcək işlər barədə geniş məlumat verdi və tədbirdə səslənən problemləri rəhbərliyə catdıracağını qeyd etdi.

Sosial Xidmətlər Agentliyinin Sosial layihələr Departamentinin rəhbəri Fərhad Allahverdizadə SXA-nin fəaliyyəti,icra etdiyi layihələr barədə tədbir iştrakcılarının diqqətinə catdırdı.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin numayəndəsi Vüqar Bəşirov, Əlil Təşkilatlar İttifaqının Prizdenti Davud Rəhimli, QHT rəhbərləri, Səbinə Kərimova, Cəmilə Abdulova, Ramilə Mahmudova və digər Vətəndaş Cəmiyyətinin numayəndələri cıxış edərək Layihənin vacibliyi haqqında fikirlərinin iştirakçılarla paylaşdılar.

Tədbirdə I qrup əliliyi olan şəxslərə Dövlət proqramlarından olan Özünəməşğulluq və ya Aktiv məşğulluq sahələrində yaranmış əsasız qadağalardan danışan Lyihə rəhbəri Q.Qasımov bildirdi ki, əqli problemi olmayan hər bir vətandaş xusisəndə I qrup əliliyi olan insan öz biznesini otraq vəziyyətdə olsada qurub, idarə edə bilər, ağlı və ideyaları ilə digər işsiz insanlar ücündə iş yerlərinin acılmasına vəsilə olar. Yetər ki I qrup əlilliyi olan şəxslərə ayrı-seckilik aradan götrülsün, onlar Dövlətin dəstək proqramlarından kənarda qalmasınlar.

Layihə rəhbər qeyd etdi ki, bu sahədə müşahidə edilən mövcud problemlərin həlli ücün müraciyyət və Təkliflər Paketi birliyimiz tərəfindən artıq hazılanıb və bu günlərdə ƏƏSMN-nə təqdim ediləcəkdir. Hazırda I dərəcəli əlilliyi olan şəxslərin böyük əksəriyyətinin problemləri əlillik sənədində “əmək qabiliyətsiz” ifadəsinin yazılmasından qaynaqlanır. Bu məhdudiyyət həmin insanların istər aktiv məşğuluqdan, istər özünəməşğuluq proqramlarından məhrum edib.

Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Qubad Qasımov layihə müddətində,tədbirlərin təşkil olumasında, informasiya dəstəyi göstərən KİV-lərinin və Dovlət qurumlarının numayəndələrini İƏİB-nin Təşəkkürnaməsi ilə təltif edərək layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov.