Alternativ enerji Qarabağ və Şərqi Zəngəzurda investisiyalar üçün cəlbedici istiqamətlər sırasındadır – VİDEO

117
Green Energy

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında layihələr üzrə büdcə xərclərinin artırılması və yeni imkanların açıqlanması Azərbaycanda özəl sektorun dövlət satınalma prosedurlarına və onların şəffaflığına marağı gücləndirib.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış “Aİ və Azərbaycanda Biznes Mühiti-2021” hesabatında qeyd edilib.

2021-ci il Aİ Biznes Mühiti sorğusuna əsasən, Avropa bizneslərini yarıdan çoxu – 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mümkün investisiyalara maraq göstərdiyini bildirir. Bununla belə, şirkətlərin yalnız 14 faizi artıq gələcək investisiyalar istiqamətində addımlar atıb, 40 faizi isə hələ də yaxşı imkanlar və layihələr elanını gözləyir. Respondentlərin 34 faizi hələ iqtisadi rayonlara investisiya qoymağı fikirləşmir, lakin gələcəkdə belə imkanlara açıqdır və Avropa bizneslərinin yalnız 12 faizi iqtisadi rayonlara investisiya imkanlarını nəzərə almır.

Mülki tikinti, alternativ enerji, yaşıl layihələr və nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyalar üçün ən cəlbedici istiqamətlər sırasındadır və respondentlərin 30 faizdən çoxu tərəfindən seçilib. Avropa şirkətlərinin dörddəbiri kənd təsərrüfatı və istehsala üstünlük verib və bu, regionlara investisiya üçün perspektivli istiqamət kimi də hesab edilə bilər.