DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

217

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan götürülüb.

Sosialmedia.az xəbər verir ki, o bu barədə Feysbukda qeyd edib.

B.Hacıyev yazıb ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib. Qısa müddət sonra isə o növbəti paylaşım edərək, problemin həll olunduğunu qeyd edib:

“Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”.