Həştərxandan Bakıya uçuşlar bərpa olunur

248

Rusiyanın “Azimut” aviaşirkəti mayın 30-dan etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.

Sosialmedia.az xəbər verir ki, məlumatı aviaşirkət yayıb.

Uçuşlar həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.