İkinci Fəxri xiyabanda şəhid Təbriz İbrahimovun xatirəsi anılıb – FOTOLAR

327

Salyan rayon Çadırlı kənd sakini II Vətən Müharibəsi zamanı Şəhadətə ucalan
İbrahimov Təbriz İsmayıl oğlunun ildönümü ilə əlaqədar Şəhidin müqəddəs məzarını Şəhidin ailə üzvləri, Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri Günay Ağamalı ziyarət edib, ruhuna dualar oxudular. AVP Qadınlar Şurasının Sədri Günay Ağamalı Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbir diləyib, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu bildirib. Şəhidin anası Almaz xanım hər şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.