Kürdəmirdə maşın aşdı: ər və arvad xəsarət aldı

337

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, sürücü, 1956-cı il təvəllüdlü Cəsarət Abbasqulu oğlu Həsənov idarəetməni itirərək avtomobili aşırıb.

Hadisə zamanı C.Həsənov və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Nəzakət Ənvər qızı Cəfərova xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralılara sol bazu sümüklərinin sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır