28 Mayı ilk dəfə yeni ad və məzmunda keçirdik

164

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan İlahiyyat İnstitutunda Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib

Sosialmedia.az xəbər verir ki, Q.Paşayeva 28 Mayı bu il ilk dəfə yeni ad və məzmunda qeyd etdiyimizi vurğulayaraq, uzun illər əsarətdə qalmış Azərbaycan xalqının 1918-ci ildə qazandığı istiqlaliyyətin tariximiz üçün fövqəladə önəm daşıdığını vurğulayıb.

XX yüzilin 90-cı illərində ikinci dəfə əldə edilən istiqlaliyyətdən – dövlət müstəqilliyi qazanılmasından, həmçinin 2020-ci ildəki 44 günlük Vətən Müharibəsindən söz açan Komitə sədri xalqımızın yüksək mədəniyyətindən, qəhrəmanlığından danışıb.

Q.Paşayeva tədbirdə nümayiş olunan “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Yaradanın adı ilə” sənədli televiziya filmi haqqında da ürək sözlərini bölüşüb.

Sənədli filmdə Azərbaycan cəmiyyətində tolerantlığa, multikultural dəyərlərə verilən önəmdən bəhs edilməsini təqdir edən Q.Paşayeva filmdə İslam dini xadimlərinin nümayəndələri ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Dini Qurumunun katibi Arximandrit Aleksi, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Katolik Kilsəsinin nümayəndəsi Toral Ağayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin də çəkilməsi və onların Azərbaycanda dini konfessiyalar üçün yaradılmış şəraitdən söz açmalarını təqdirəlayiq hal kimi dəyərləndirib: “Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirməkçün belə filmlərə ehtiyac var”.