Hərbçilərimizin olduğu qayıq batdı

488

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

Sosialmedia.az Unikal.org-a istinadən xəbər verir ki, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.