Qəbul imtahanı bitdi, KSQ, BSQ bitmir…

305

Buraxılış, hətta qəbul imtahanlarının bitməsinə baxmayaraq, hələ də orta məktəblərin son siniflərində KSQ, BSQ-lərin keçirilməsi davam etdirilir.

Sosialmedia.az bildirir ki, Mövzu ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, kiçik və böyük summativ qiymətləndirmələr müvafiq plana uyğun təşkil olunur:

“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların​ yekun attestasiyasının​ aparılması qaydaları”na görə dövlət sənədində yazılacaq yekun qiymətlər həmçinin hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiymətinə əsasən də müəyyənləşdirilir. Hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti kiçik və böyük summativ qiymətləndirmələr əsasında formalaşır”,- nazirlikdən bildirilib.​