Vərəmin aşkarlanması üçün kütləvi skrininqlər həyata keçiriləcək – FOTO

397

Sosialmedia.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Vərəm Xəstəliyinin Müayinəsi üçün Portatativ Rentgen Qurğusu ilə Təchiz Etmə” layihəsinin təqdimat mərasimi keçirilib.

Süni intellektə malik portativ rentgen aparatı beynəlxalq təşkilat “Stop TB Partnerşip” qurumunun konsultativ dəstəyi və Yaponiyanın Azərbaycandakı səfirliyinn maliyyə yardımı ilə “Vərəm Əleyhinə QHT Koalisiyasının aparıcı təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai birliyi“ tərəfindən Azərbaycana gətirilib.

Sağlamlığa Xidmət İB adıçəkilən müasir rentgen aparatının köməyilə 2 il ərzində “Vərəmin aşkarlanmasına dəstək” layihəsindən istifadə edəcək. Layihənin davamlılığının təmin olunması məqsədi ilə 2023-cü ilin sonunda Sağlamlığa Xidmət İB tərəfindən əldə edilən bu portativ rentgen aparatı ETACXİ-yə təhvil veriləcək.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vahid Əliyev, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva və digər qonaqlar iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda və xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək, vərəmlə mübarizə işinin bütün tibb xidmətlərinə inteqrasiyasını gücləndirmək, bütün risk qrupları arasında sistematik skrininq aparmaqdır.