Sumqayıtda əlilliyi olan şəxslər üçün “İnsan hüquqları nədir ” adlı təlim keçirildi

2904

Sosialmedia.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Dövlət Rəsm Qalereyası və Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Şəhər Gənclər Evində “18 may-18 iyun İnsan Hüquqları Aylığı“ çərçivəsində İnsan hüquqları nədir? ” adlı təlim keçirildi.

Təlimdə Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Mətanət Balakişiyeva,Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova çıxış edərək İnsan hüquqları gününün yaranma tarixindən ətraflı məlumat veriblər.

Sonra “ İnsan hüquqları nədir? ” adlı videoçarx nümayiş edildi.

Təlimçi İzzət MMC Hüquqi Xidmət Mərkəzinin rəhbəri, hüquqşünas Ədalət Qafarov “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyadan,əlilliyi olan şəxslərin hüquqlarından iştirakçılara geniş məlumat verdi. Sonda iştirakçıların mövzu ətrafında fikirləri dinlənildi və sualları cavablandırıldı.