Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşəcək

300
NYON, SWITZERLAND - JUNE 18: UEFA Head of Club Competitions Michael Heselschwerdt draws out the name of Qarabag during the UEFA Champions League 2019/20 First and Second Qualifying Round draws at the UEFA headquarters, The House of European Football on June 18, 2019 in Nyon, Switzerland. (Photo by Harold Cunningham - UEFA/UEFA via Getty Images)

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Sosialmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

“Səpələnmişlər” səbətində yer alan “köhlən atlar”ın rəqibləri bu beş komandadan biri olacaq: “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Dinamo” (Batumi, Gürcüstan).

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu 5/6 iyulda, cavab matçını 12/13 iyulda keçirəcək.