Arvadını qətlə yetirib, sonra intihar etdi

395

İmişlidə qətl hadisəsi baş verib.

Sosialmedia.az bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə Yalavac kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.