Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb

320

Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb.

Sosialmedia.az xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.