Azərbaycanlı qadın professor vəfat etdi

335

Azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-ın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı