Prezidentin Daşkənddə rəsmi qarşılanma mərasimi…

126

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına səfərə gedib.

Sosialmedia.az xəbər verir ki, Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Özbəkistan Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şövkət Mirziyayevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.